App Server ilə Web Server haqqında, Nginx, Tomcat, Apache və s.


App Server ilə Web Server haqqında, Nginx, Tomcat, Apache və s.


Məsələn , sultanzadehh.blogspot.com

Bu domendir. Bu domen İP -ə müraciət edir. İP – 172.217.20.33

Web Server - yalnız url ləri emal edə bilir.
Application Server – url-ləri emal etməklə yanaşı, Application - u run etmək mümkündür.

Tomcat Application, Nginx Web Server-dir.

Nginx ən sürətli Web Server sayılır.

Tutaq ki, 2 Tomcat serverimiz var və ya bir Tomcat da 2 application-mız var. Nginx ortada duraraq, göstərilən İP ə müraciət edən domenləri Tomcatlərə yönləndirir.
Məsələn sultanzadehh.blogspot.com və hamidsultanzadeh.blogspot.com domenləri hər ikisi bir İP ə qoşulub. Nginx də şərt verməklə , birinci domendən gələn sorğunu birinci application-a, ikincidən gələni ikinciyə yönləndirə bilərik.

Bu prosesi Tomcat lə də eləmək mümkündür. Lakin belə bir nüans var ki, Nginx lə başqa serverlərə də yönləndirmək mümkündür. Misal üçün Apache XAMP göstərmək olar. Əgər üçüncü bir domenimiz varsa və applicaiton-muz Apache Serverindədisə, rahatlıqla sorğunu bu serverə yönləndirə bilərik.

Nginx Serverin Load Balancer xüsusiyyəti var. Yəni sorğuların sayı çox olarsa və bu sorğuları təkcə Tomcat qəbul edərsə, onda bir müddət sonra Tomcat crash ola bilər.
Belə bir üsul mümkündür ki, öz application-muzu bir neçə Tomcat da run etsək və ortada Nginx istifadə etsək, bu zaman Tomcat ləri artıq yükləmədən rahatlıqla idarə edə bilərik.

Apache Server –Web Serverdir, həm jsp həm də php fayllarını emal etməklə məşğuldur. Lakin, sorğuların çox olduğu vaxtda, işləmə prosesi xoşa gələn deyil. Apache Server sorğuların çox olan vaxtında sonradan gələn sorğuları itirir. Bu da xoşa gəlməz hal sayılır.

Nginx həm jsp həm də php səhifələrini emal edə bilir.
Nginx sorğunu yönləndirdikdən sonra serverdən cavab gözləyir və alınan nəticəni ekrana verir.



Message Queue Service – Active MQ, Rabbit MQ, AmazonSQS

Tutaq ki, iki application var. Bunlardan biri Notification istehsal edən , digəri Notification qəbul edəndir. Bu application-lar bir MQS – ə qoşulur. Misal üçün, Active MQ. Notification istehsal edən, istehsal etdiyi datanı Active MQ -yə göndərir. Active MQ isə aldığı datanı bütün subscriber larına göndərir. Bir neçə subscribe olması mümkündür.
Əsas xüsusiyyətlərdən biri budur ki, Notificaiton istehsal edən application məlumatları DB da saxlamır. Bütün bu işlər Active MQ görür və aldığı datanı bütün Subscribe -lara göndərməmiş özündən silmir






Bu arxitektura MicroService Arxitekturası adlanır. Hər bir servisi ayrı application kimi göstərməkdə əsas üstünlük bundadır ki, hər hansısa birində problem olduqda və application söndükdə , digərləri işlək vəziyyətdə qalir

Comments

Popular posts from this blog

Validation for AZ phone numbers with RegEx in Java

Java necə işləyir, kod nədir ?