Microservices Security Example #2 - Servisin Eureka Serverdə qeydiyyatı
Dummy Service
Eureka Server də qeydiyyatdan keçirmək üçün sadə bir service yaradırıq, sadəcə praktika məqsədli olaraq. Daha sonradan real service-lərə tətbiq olunacaq.
Application-ı yaradıb uyğun dependency-ləri əlavə etdikdən sonra edəcəyimiz ilk iş Main class-ın üzərinə @EnableEurekaClient əlavə edirik.
Discovery Server də Service i qeydiyyata salmaq üçün EnableEurekaClient və EnableDiscoveryClient annotationları var. Aralarındakı fərqi sadə olaraq, belə göstərirlər. Əgər Discovery Server Eureka-dırsa, @EnableEurekaClient istifadə olunması məsləhət görülür. Digər hallarda @EnableDiscoveryClient istfadə etmək lazımdır.
Daha sonra application.yml faylını açırıq. Burada bəzi configuration-lar etmək qeyd etmək lazımdır.
Burada ilk parameterdə application-ın adı, növbətidə hansı port da işləyəcəyi qeyd olunur. Digər parameterlər artıq Eureka Server də bir client application kimi qeydiyyatdan keçmək üçün lazımdır.
prefer-ip-address parameterinə true dəyəri verməklə, Eurekanın bizim application-ı IP addresinə görə tanımasına imkan veririk. Bu parameterin istifadə olunması məsləhət görülür.
default-zone parameterinə Eurekanın url-nı veririk. Yəni Application işə başlayan kimi bu url ə müraciət edib özünü Eureka da qeydiyyata salacaq.
Bundan əlavə digər postda danışdığımız 2 parameter burada göstərilməyib. Dediyimiz kimi, həmin parameter dəyərləri default olaraq (qeyd etmədikdə) true olur.
Növbəti post >> API Zuul Gateway
Comments
Post a Comment